
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən xəbərə görə, mayın 4-də gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı hava şəraiti müşahidə olunacaq.
Dumanla əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Sürücülərə yollarda ehtiyatlı olmaq və sürət həddinə əməl etmək tövsiyə olunur.