AZ

“Mançester Yunayted” dramatik oyunda “Liverpul”u məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 35-ci turunda "Mançester Yunayted" ilə "Liverpul" arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, "Old Trafford" stadionunda baş tutan oyunda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar. Görüşün baş hakimi Darren İngland olub.

Hesab oyunun 6-cı dəqiqəsində açılıb. Mateus Kunha “qırmızı şeytanlar”ı önə keçirib. 14-cü dəqiqədə Benyamin Şeşko fərqi artırıb.

İkinci hissədə qonaqlar fəallaşıb. 47-ci dəqiqədə Dominik Soboslai fərqi azaldıb, 56-cı dəqiqədə isə Kodi Qakpo hesabı bərabərləşdirib.

Lakin 77-ci dəqiqədə Kobbi Maynu vurduğu qolla Mançester təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra “qırmızı şeytanlar” xallarının sayını 64-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Mersisayd təmsilçisi isə 58 xalla dördüncü yerdədir.

Növbəti turda Mançester klubu mayın 9-da səfərdə Sanderlend ilə üz-üzə gələcək. Eyni gündə "Liverpul" doğma meydanda "Çelsi"ni qəbul edəcək.

Seçilən
44
29
90deqiqe.az

10Mənbələr