...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Freelander geri döndü, amma Land Rover adı olmadan.Model Chery və JLR tərəfindən birgə hazırlanır.
Chery-nin yeni Freelander-in dizaynı internetdə ortaya çıxdı. Çin mediasına görə, avtomobil əfsanəsi geri döndü, amma Land Rover adı olmadan.
Bu, rəsmi açıqlama deyil, sızdırılmış qəza testi fotolarına əsaslanan renderlərdir.
Krossover daha bucaqlı görünüşə malikdir: kvadrat faralar, hündür kuzov və klassik Freelander-ə işarə edir.
Jaguar Land Rover ilə birgə hazırlanır, lakin elektrikli SUV-lərə diqqət yetirərək Çin platformasında (Chery) istehsal olunur.
Nazlı Almuradova