AZ

Berlinin alınması yenidən gündəmdə: Rusiya ilə Polşa arasında bayraq qalmaqalı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanı “qələbəni mənimsəməkdə” ittiham edib.

Musavat.com xəbər verir ki, qalmaqal Berlinin alınması ilə bağlı proqramda Polşa əsgərlərinin rolunun vurğulanmasından sonra yaranıb. Bildirilib ki, 1945-ci il mayın 2-də Kostyuşko diviziyasının döyüşçüləri Qələbə sütunu üzərində ağ-qırmızı bayraq qaldırıblar.

Zaxarova isə bu təqdimata etiraz edərək, Varşavanın “özünü yeganə qalib kimi göstərməyə çalışdığını” iddia edib və bununla Qırmızı Ordunun rolunun kölgədə qoyulduğunu bildirib.

Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr