AZ

Kaxaber Tsxadadze: “Bəsit qol buraxdıq”

Misli Premyer Liqasının XXX turunda "Zirə" "Qəbələ"ni məğlub edib - 1:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.

"İlk növbədə "Zirə"ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb. Oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problem kimi var. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik".

- Son nöqtəni qoymaqda çətinlik çəkdiyinizi söylədiniz. Burada çatışmayan cəhət oyunçuların keyfiyyətidir, yoxsa...?

- Birinci növbədə bu psixoloji amildən irəli gəlir. Təbii ki, texniki cəhət də önəmli rol oynayır. Bu iki amil ümumilikdə keyfiyyət deməkdir. Özünəinamlı olmaq vacibdir.

“Sabah” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Zirə” - “Qəbələ”: HEYƏTLƏR

Şamaxıda heyətlər bəlli oldu

Jorj Kaşkilya: “I Liqadan gəlib bu qədər xal yığmaq asan deyil”

Andrey Demçenko: “Klubdakı taleyimin necə olacağını bilmirəm“

Seçilən
1
11
apasport.az

6Mənbələr