AZ

“Sabah” səfərdə “Şamaxı”nı darmadağın etdi

Misli Premyer Liqasında XXX turun növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində  "Sabah" səfərdə  "Şamaxı" ilə üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Cari mövsüm çempionluğu öncədən rəsmiləşdirən “bayquşlar” matç boyu üstün oyun nümayiş etdiriblər. Qonaqların heyətində 37-ci dəqiqədə Stiv Solvet hesabı açıb. 77-ci dəqiqədə Coy-Lens Mikels fərqi artırıb. Qarşılaşmada son nöqtəni isə əlavə olunmuş vaxtda (90+1, pen.) Umarali Raxmonaliyev qoyub.

Bu qələbə sayəsində “Sabah” xallarının sayını 75-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Şamaxı” isə 35 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 4-də yekun vurulacaq.

Seçilən
58
50
90deqiqe.az

10Mənbələr