AZ

Zoran Qayiç: Azərbaycan-Serbiya tərəfdaşlığı idman sahəsində də uğurla inkişaf edir

Azərbaycan və Serbiya arasında mövcud dostluq, tərəfdaşlıq münasibətləri idman sahəsində də uğurla inkişaf edir.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın idman naziri Zoran Qayiç jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın idman sahəsində əldə etdiyi yüksək inkişaf göstəricilərini xüsusi vurğulayan serbiyalı nazir iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, birgə təlim-məşq toplanışlarının təşkili, idmançıların qarşılıqlı səfərləri və beynəlxalq yarışlarda əməkdaşlıq iki ölkə idmançılarının təcrübə mübadiləsinə mühüm töhfə verir.

Zoran Qayiç xüsusilə gənclər arasında idmanın inkişafına diqqət çəkərək, döyüş növləri, futbol və qadın voleybolu kimi sahələrdə Azərbaycan və Serbiya komandaları arasında əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildirib.

Nazir əminliyini ifadə edib ki, bu istiqamətdə qarşılıqlı səylərin artırılması idman əlaqələrinin daha da gücləndirilməsinə və yeni uğurların əldə olunmasına şərait yaradacaq.

Serbiya idman naziri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edərək, bu tərəfdaşlığın gələcəkdə daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Seçilən
29
50
ikisahil.az

10Mənbələr