AZ

Baş məşqçi ilə yeni müqavilə bağladılar - 2028-ci ilin yayına kimi

“Sportinq” baş məşqçi Ruy Jorje ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisi portuqaliyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Jorje 2024-cü ilin dekabrında “Sportinq”in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda hazırda Portuqaliya çempionatında 31 turdan sonra 73 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Seçilən
1
50
sportinfo.az

10Mənbələr