AZ

İran yaxınlığında yük gəmisi hücuma məruz qaldı

İran sahilləri yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə İranın Sirik şəhərindən 11 dəniz mili (təxminən 20.4 km) qərbdə qeydə alınıb. Şimala doğru hərəkət edən gəminin kapitanı hücumun bir neçə kiçik qayıq tərəfindən həyata keçirildiyini bildirib.

Məlumata görə, ekipaj üzvlərinin hamısı təhlükəsizdir, ətraf mühitə ziyan qeydə alınmayıb.

Hadisə ilə bağlı əlavə detallar, o cümlədən hücuma məruz qalan gəminin adı açıqlanmayıb.

Seçilən
18
21
redaktor.az

10Mənbələr