AZ

İran sahillərində gəmi atəşə tutuldu

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İran sahillərində quru yük daşıyan gəmi atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO İranın Sirik şəhərindən 11 dəniz mili (20,4 km) uzaqlıqda baş verən hadisə barədə məlumat alıb. Şimala doğru gedən quru yük daşıyıcı gəminin kapitanı bir neçə kiçik gəminin hücumuna məruz qaldığını bildirib. Bütün heyət üzvlərinin təhlükəsizlikdə olduğu və ətraf mühitə heç bir ziyan dəymədiyi bildirilir", - deyə vurğulanır.

Hücuma məruz qalan gəminin adı da daxil olmaqla, hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
29
axar.az

10Mənbələr