Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Yuventus”, “Real Madrid”, “Çelsi”, “Milan” və “Napoli” kimi nəhəng klubların keçmiş hücumçusu Qonsalo İquainin sosial şəbəkələrdə geniş müzakirə olunan fotosu ilə bağlı həqiqət məlum olub.
İdman.Biz xəbər verir ki, Mayamidəki idman mağazalarından birində çəkilən və veteran futbolçunun uzun, səliqəsiz saç-saqqallı forması əslində saxtadır.
Fotonun müəllifi diqqət cəlb etmək üçün sonradan görüntünün süni intellekt vasitəsilə hazırlandığını söyləyib.

Karyerasını ABŞ-nin “İnter Mayami” klubunda başa vuran və hazırda vaxtını ailəsi ilə keçirən argentinalı ulduzun karyerası uğurlarla zəngindir. O, Argentina millisinin heyətində 75 oyuna çıxaraq 31 qol vurub, həmçinin üç dəfə İspaniya, üç dəfə isə İtaliya çempionu tituluna sahib çıxıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.