AZ

Böyük Britaniyada evdə partlayış olub, iki nəfər ölüb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın cənub-qərbində yerləşən Bristol şəhərində bir evdə baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib.

Sky Newsun məlumatına görə, polis hadisənin terrorla əlaqəli olmadığını bildirib.

Polis əlavə edib ki, Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin son dəyişikliklərini nəzərə alaraq ictimaiyyəti əmin etmək istəyirlər ki, bu hadisə terror aktı kimi qiymətləndirilmir. Araşdırma ilkin mərhələdədir və hazırda hadisə ilə bağlı başqa şübhəli şəxs axtarılmır, partlayıcı maddələr üzrə mütəxəssislər çalışır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ehtiyat tədbiri kimi yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
apa.az

10Mənbələr