AZ

Hindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı

Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.

Redaktor.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, heyvan park edilmiş minik avtomobilinə hücum edərək onu xortumu ilə deşib, aşırıb və dişləri ilə qapısına zərər vurub.

Nəticədə fil onu məbədə gətirən Kollam şəhər sakini, 40 yaşlı Vişnunu tapdalayaraq öldürüb. Məlumata görə, fil iki saat ərzində ətrafdakı hər şeyi dağıdıb.

Hadisədən sonra o, həlak olan şəxsin cəsədinin yanında qalaraq ətrafdakıların kömək üçün yaxınlaşmasına imkan verməyib. İnsident zamanı daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Heyvanı yalnız trankvilizator vasitəsilə dayandırmaq mümkün olub, bundan sonra o, ziyarətgahın yaxınlığındakı kokos palmasına bağlanıb.

Həmçinin bildirilir ki, həmin gün İrincallakuda şəhərindəki Kudamanikyam məbədində də analoji hadisə baş verib. Fil 25 yaşlı təlimçi köməkçisini tapdalayıb, həmin şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.

Seçilən
43
redaktor.az

1Mənbələr