"Real Madrid" yeni baş məşqçi seçimində namizəd siyahısını konkretləşdirib.
Fanat.Az xəbər verir ki, "Dario AS" DÇ-2026-nın bu prosesdə əsas amil olacağını iddia edib.
Turnirdən sonra bir neçə yüksək səviyyəli məşqçinin müqavilələrinə son qoyulması klub üçün yeni imkanlar açacaq. Söhbət nəzərdən keçirilən əsas namizədlərdən - Didye Deşam, Lionel Skaloni və Maurisio Poçettinodan gedir. Hər üçünün milli komandaları ilə dünya çempionatının sonuna qədər müqavilələri var. Ona görə də konkret addımlar yalnız oyun bitdikdən sonra mümkündür.
Fransa millisini 2018-ci ildə mundialın qalibi edən Deşamın aparıcı oyunçularla işləməkdə geniş təcrübəsi var və o, Kilian Mbappe, Ourelye Tçuameni, Eduardo Kamavinqa və Ferlan Mendi də daxil olmaqla bir sıra "Real Madrid" oyunçuları ilə tanışdır. Lakin onun İspaniya futbolundakı təcrübəsi oyunçu kimi yalnız bir mövsümlə məhdudlaşır.
Argentina millisi ilə DÇ qalibi olan Skaloninin hələ klub komandalarına məşqçilik etmək təcrübəsi olmasa da, o, İspaniya futboluna yaxşı bələddir. Skaloni vaxtilə "Deportivo", "Rasinq" və "Malyorka"da oynayıb.
Başqa bir seçim isə Avropanın əsas liqalarında - İspaniya, İngiltərə və Fransada çalışmış Poçettinodur. Onun ABŞ millisi ilə müqaviləsi də dünya çempionatından sonra başa çatır.
Mirağa