AZ

Keçini qurban kəsmək istəyən 21 nəfər TUTULDU

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polis Yerusəlimdəki Məbəd Dağına qurbanlıq keçi gətirməyə cəhd etməkdə şübhəli bilinən 21 nəfəri həbs edib.

“Cebheinfo.az” xəbər verir ki, bunu "Times of Israel" qəzeti yazıb.

"Cümə günü girişlərdən birinə gələn bir qrup iğtişaşçı dağa keçi gətirmək niyyəti ilə darvazaları sındırmağa və bununla da ictimai asayişi pozmağa cəhd edib", - deyə polisin açıqlamasında qeyd olunur.

Onlar Pesax Şeni və ya Pasxadan bir ay sonra qeyd olunan İkinci Pasxa bayramı şərəfinə odun üstündə ritual qurban kəsməzdən əvvəl tutulublar.

Qədim dövrlərdə bayram Məbədə Pasxa qurbanı gətirməyənlərə dini əmri yerinə yetirmək üçün başqa bir şans verirdi. Saxlanılanlar Yerusəlim Magistrat

Məhkəməsinə gətirilib və polis onların həbs müddətinin uzadılmasını istəyib, lakin hakim onları azad edib.

“Polis bu gün qərardan apellyasiya şikayəti verib, lakin şübhəlilərin azadlığa buraxılması qərarı qüvvədə saxlanılıb”, - polisin açıqlamasında deyilir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
19
cebheinfo.az

10Mənbələr