AZ

Mbappe "Real"ın ümidlərini puç etdi

"Real Madrid" rəhbərliyi hesab edir ki, hücumçu Kilian Mbappe onların gözlədiyi lider deyil...

Poliqon xəbər verir ki, fransalı forvard nə paltardəyişmə otağında, nə də komanda daxilində lider kimi çıxış edir. Məlumata görə, "kral klubu"nda Mbappenin komandadakı uğursuz başlanğıcdan sonra özünü toparlayacağına ümid etsələr də, bu baş verməyib.

Hazırda Kilian Mbappe sol ayağının yarıvətər əzələsinin zədəsindən müalicə alır. O, La Liqanın 34-cü turunda "Espanyol" ilə mayın 3-də keçiriləcək oyunu buraxacaq. Lakin çempionatın 35-ci turunda "Barselona" ilə mayın 10-da baş tutacaq qarşılaşmaya hazır ola bilər. (Lent.az)

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr