AZ

Anasının xəstəliyini açıqlayıb AĞLADI - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva anasından danışıb, kövrəlib.

Moderator.az xəbər verir ki, "Öz aramızda" proqramında qonaq olan rəqqasə anası Səkinə xanımın demensiya xəstəliyindən əziyyət çəkdiyini deyib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

"Getdikcə daha da ağırlaşır. Unutqanlıqdır, yaddaşını itirir (ağlayır). Həkimlərə inanıram, ümid edirəm ki, vəziyyəti daha da ağırlaşmaz. Anam deyir ki, yaxşı övlad deyilsən. Çox pis oluram. Hər gün yanında qala bilmirəm, işləməliyəm. Anamın 77 yaşı var. Atamı gənc yaşımda itirdim. Anam bizi əziyyətlə böyütdü. Elə bir mərhələ gəldi ki, anam hər şeyini itirdi. Onda Allah mənə güc verdi, dedim: mənə söykən, səni qaldıracağam. Elə də etdim, anama hər şeyi yaşatdım. Öz-özümə deyirəm, bəlkə də səhv edirəm, yaxşı övlad deyiləm. Çox həssas olub, hər şey ona təsir edir". /Axşam.az/

Seçilən
17
moderator.az

1Mənbələr