AZ

Ermənistan MSK 19 siyasi qüvvəni qeydiyyata aldı

Ermənistan Mərkəzi Seçki Komissiyası 19 siyasi qüvvəni qeydiyyata alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan MSK məlumat yayıb.
 

Qeydiyyata alınanlar arasında hakim “Vətəndaş müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Mən hamıya qarşıyam”, “Güclü Ermənistan” bloku, “Milli-demokratik qütb”, “Ermənistan” partiyalar bloku, “Daşnaksütyun”, “Respublika” və digər siyasi qüvvələr var.


Bildirilib ki, “Güclü Ermənistan” blokuna “Güclü Ermənistan”, “Yeni dövr” və “Birləşmiş ermənilər” partiyaları daxildir.

“Ermənistan” partiyalar blokunun tərkibində isə “Daşnaksütyun” və sağ mərkəzçi “İrəli” partiyası yer alıb.

Qeydiyyata alınan siyasi qüvvələr qarşıdakı seçkilərdə iştirak edəcəklər.

Bizim.Media

Seçilən
4
50
bizim.media

10Mənbələr