AZ

Yaxın Şərq turistləri Rusiyaya səfərlərini kütləvi ləğv edirlər

Yaxın Şərq ölkələrindən olan turistlər Rusiyaya səfərlərini kütləvi şəkildə ləğv etməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze açıqlayıb.

Onun sözlərinə görə, son aylarda təkcə turist axınının zəifləməsi deyil, həm də çoxsaylı turların ləğvi müşahidə olunur.

Bildirilib ki, Rusiyaya uçuşlar bərpa edilsə də, turistlər ehtiyatlı davranır və yeni tur sifarişlərini aktiv şəkildə yeniləmir. Eyni zamanda, Rusiyaya səfər etməmək barədə rəsmi tövsiyənin olmadığı qeyd olunur.
 

ATOR-un proqnozuna görə, 2026-cı ildə Rusiyaya gələn xarici turistlərin sayı ötən illə müqayisədə 19-20 faiz azala bilər.


Yaxın Şərq ölkələri ənənəvi olaraq Moskva və Sankt-Peterburq üçün əsas turist mənbələrindən sayılırdı. Turist axınının azalması Cənub-Şərqi Asiyadan gələn səfərlərə də təsir göstərib, çünki həmin turistlərin bir qismi Rusiyaya Fars körfəzi ölkələrinin hava qovşaqları vasitəsilə uçurdu.

Bizim.Media

Seçilən
42
bizim.media

1Mənbələr