Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-dan çox PUA vurulub.
Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib. Bildirib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Limana neft sızıntısı qeydə alınmayıb.