AZ

Tomsk vilayətində 16 evdən ibarət küçə yandı - VİDEO

Rusiyanın Tomsk vilayətinin Novoilinka kəndində güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 16 evdən ibarət bütöv bir küçə yanıb.

Hadisə yerinə vilayətin qubernatoru Vladimir Mazur gedib. Son məlumata görə, yanğın lokallaşdırılıb.
 

Bildirilib ki, vilayətin digər kəndlərində də evlər, yardımçı tikililər və kənd təsərrüfatı texnikası yanıb.


Qubernator xatırladıb ki, aprelin 30-dan bir neçə rayonda xüsusi yanğın əleyhinə rejim qüvvədədir. Yaxın vaxtlarda bu rejimin bütün Tomsk vilayəti ərazisində tətbiq olunacağı bildirilir.






Bizim.Media

Seçilən
17
50
bizim.media

10Mənbələr