AZ

Kərimin verilişi niyə bağlandı?

Müğənni Kərim Abbasov verilişinin bağlanmasından danışıb.

“Yeni Sabah” xəbər verir ki, “Öz aramızda” verilişində qonaq olan müğənni maaş məsələsi ilə bağlı problem yaşadığı üçün kanaldan ayrıldığını bildirib:

“8 ay efirdə oldum. Kanalın ən reytinqli və pulgətirən verilişinin aparıcısı idim. Kanalın maliyə problemləri var idi və axşam efirlərinə pul ayıra bilmirdilər. Verilişlərlə yanaşı işçilər arasında da ixtisarlar aparırdılar. Həm də əməkhaqqım ilə bağlı problem yarandı və dedim ki, elə getsəm yaxşıdır.

Kərim bildirib ki, sentyabr ayında yenidən efirə qayıdacaq:

“Əsas odur ki, bu gün də təkliflər alıram. Sentyabrdan yeni kanalda, yeni efirdə olacam. İki kanldan təklif almışam. Hələ ki, danışıqlar gedir”.

Qeyd edək ki, bir neçə gün öncə K.Abbasovun “MTV Azətbaycan” kanalında yayımlanan “Meqa şou” verilişinin yayımı dayandırılıb.

Seçilən
5
2
musavat.com

6Mənbələr