AZ

“Real Madrid” əfsanəvi futbolçusu ilə yollarını ayırır

BAKI, 3 may. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid” futbolçusu Dani Karvaxalla yollarını ayırmağa qərar verib.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu müqaviləsi mövsümün sonunda başa çatacaq 34 yaşlı müdafiəçiyə yeni sözləşmə təklif etməyəcək.

Son illərdə komandanın əsas simalarından biri olan və kapitan sarğısını daşıyan Karvaxal 2024-cü ilin oktyabrında ağır diz zədəsi alıb. Çarpaz bağlarının qırılması səbəbindən o, son iki mövsümdə əsas heyətdəki yerini itirib və İspaniya millisindən də kənarda qalıb.

Cari mövsümdə cəmi 20 oyunda iştirak edən müdafiəçi ümumilikdə 900 dəqiqədən az meydanda olub.

Qeyd edək ki, Dani Karvaxal “Real Madrid” forması ilə 448 oyuna çıxıb. O, klubla birlikdə 6 Çempionlar Liqası, 4 La Liqa, 2 İspaniya Kuboku, 5 UEFA Superkuboku, 4 İspaniya Superkuboku və 5 klublararası dünya çempionluğu qazanıb. Madrid klubu futbolçunu əfsanə kimi yola salmağa hazırlaşır.

Seçilən
4
48
teleqraf.com

7Mənbələr