AZ

Bakı Marafonu bu gün həqiqətən tanınan və əhəmiyyətli bir tədbirə çevrilib – Eduard Məmmədov

Bakı Marafonu bu gün həqiqətən tanınan və əhəmiyyətli bir tədbirə çevrilib.

Bunu bazar günü Trend-ə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, 30 qat dünya çempionu Eduard Məmmədov "Bakı Marafonu 2026" çərçivəsində deyib.

"İldən-ilə bu tədbir daha çox insanı bir araya toplayır və həm həvəskarların, həm də tanınmış idmançıların diqqətini cəlb edir. Bu cür yarışlar təkcə idmanı təbliğ etmir, həm də sağlam həyat tərzi mədəniyyətini formalaşdırır", - deyə o bildirib.

E. Məmmədov hesab edir ki, bu cür qaçışlar gənclərin tərbiyəsində mühüm rol oynayır.

"Biz mütəmadi məşq etməyə, öz üzərimizdə işləməyə və gənclərə nümunə olaraq düzgün yolu göstərməyə çalışırıq. İdman intizam yaradır, sağlamlığı möhkəmləndirir və insanın həm fiziki, həm də mənəvi cəhətdən formda qalmasına kömək edir.

Ona görə də marafonda iştirak təkcə nəticə deyil, həm də inkişaf, birlik və daha yaxşıya doğru can atmaq deməkdir", - deyə o yekunlaşdırıb.

Seçilən
9
50
day.az

10Mənbələr