AZ

Bombardman edilmiş universitet Müharibə muzeyi olacaq İrandan qeyri adi ADDIM

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın mərkəzi hissəsində yerləşən və ağır bombardmanlara məruz qalan İsfahan Texnologiya Universiteti (IUT) ABŞ-İsrail hücumlarının təsirini nümayiş etdirən "hərb muzeyi"nə çevriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rəhbəri Zəfərullah Kalantari rəsmi İRNA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dağıdılmış ərazi olduğu kimi saxlanılacaq.

"Hazırda zədələnmiş ərazi universitetdə müharibə muzeyi kimi qorunacaq və ölkənin elmi zülmünün tarixdə bir sənədi olaraq qalacaq", - deyə Kalantari vurğulayıb.

İlkin qiymətləndirmələrə görə, universitetin infrastrukturuna dəyən ziyanın məbləği təxminən 11 milyon dollar təşkil edir. Universitet rəhbərliyi bildirib ki, tədrisin davam etdirilməsi üçün artıq "yeni binanın tikintisi və qabaqcıl avadanlıqların təchizatı" məqsədilə digər ərazilər ayrılıb.

Xatırladaq ki, İsfahan Texnologiya Universiteti bölgədə baş verən hərbi gərginlik zamanı bir neçə dəfə hədəfə alınıb. Yeni yaradılacaq muzeyin hücumların miqyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək məqsədi daşıdığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
redaktor.az

10Mənbələr