Rusiyanın bütün dövlət ali məktəbləri rəqəmsal tələbə biletləri sisteminə keçib.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın elm və ali təhsil nazirinin müavini Dmitri Omelçuk açıqlayıb.
Onun sözlərinə görə, artıq hər bir universitet tələbələrlə bağlı məlumatları dövlət informasiya sisteminə ötürməlidir.
Bildirilib ki, vahid dövlət xidmətləri portalında təxminən 5 milyon elektron tələbə bileti formalaşdırılıb.
Bununla belə, tələbələr istədikləri halda kağız tələbə bileti də rəsmiləşdirə biləcəklər.
Omelçuk bildirib ki, yaxın 2-3 il ərzində rəqəmsal tələbə biletinin daha rahat, praktik və effektiv olduğu hamı tərəfindən qəbul ediləcək.
Bizim.Media