AZ

Fin alimləri yaranı sağaldan yeni üsul kəşf ediblər

Finlandiyalı alimlərin irəli sürdüyü yeni üsul sayəsində şam ağacı qətranı yaraların sağalmasına kömək edir.

AZƏRTAC xəbər verir ki, Şərqi Finlandiya Universitetində aparılan araşdırmaya görə, qətranın tərkibində olan pinorezinol iltihabı azaldır və dəri hüceyrələrinin bərpasını stimullaşdırır.

Tədqiqatçı Elias Haapakorvanın sözlərinə görə, qətranların antimikrob xüsusiyyətləri çoxdan məlumdur, lakin yeni tədqiqat göstərir ki, o, yalnız antimikrob təsiri deyil, həm də iltihabın azaldılması və dərinin bərpasının sürətləndirilməsi də daxil olmaqla digər mexanizmlər sayəsində yaraların sağalmasına kömək edir. Tədqiqat zamanı, həmçinin güclü antimikrob aktivliyi nümayiş etdirən qətran birləşmələrinə əsaslanan yağ-su emulsiyası hazırlanıb.

Qeyd olunduğu kimi, emulsiyaların MRSA (Staphylococcus aureus) da daxil olmaqla bakteriyalara, maya göbələklərinə və antibiotiklərə davamlı ştamlara qarşı təsirli olduğu, həmçinin bioplyonkaların əmələ gəlməsinin qarşısını ala bildiyi və mövcud olanları məhv edə bildiyi aşkar edilib.

Alimlər vurğulayırlar ki, bitki mənşəli müalicələrə marağın artması antibiotik rezistentliyinin yayılması fonunda müşahidə olunur. Şam ağacı qətranı əsrlər boyu Şimali Avropa ölkələrində xalq təbabətində istifadə edilib.

E.Haapakorvanın fikrincə, əldə edilən nəticələrə baxmayaraq, mövzu hələ də az öyrənilmiş qalır və əlavə tədqiqatlar tələb edir. Onun bu mövzu üzrə dissertasiyası mayın 8-də Şərqi Finlandiya Universitetində müdafiə olunacaq.

AzPost.az

Seçilən
10
3
azpost.info

7Mənbələr