AZ

“Barselona“ İspaniya La Liqasında yeni rekord qırdı

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Barselona" 34 turdan sonra toplanan xalların sayına görə İspaniya La Liqasında yeni rekord qırıb.

Moderator.az Sports.ru-ya istinadən xəbər verir ki, Hans-Diter Flikin komandası "Osasuna"nı 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlinə liderlik edir, klubun aktivində 88 xal var.

"Barselona" İspaniya çempionatında 34 matçdan sonra artıq üçüncü dəfədir ki, bu qədər xal toplayır, daha əvvəl bu, 2010/11 və 2012/13 mövsümlərində qeydə alınıb. Eyni nəticəni "Real Madrid" də 2011/12 mövsümündə göstərib.

Turnir tarixində heç bir komanda 34 oyuna 88 xaldan çox toplaya bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
moderator.az

1Mənbələr