AZ

Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı meyxana ustası Cahangeşt Balaxanı olub.

O, meyxana sənətinə gəlişindən və bu sahədə qalıcı olmağın şərtlərindən söz açıb.

Cahangeşt Balaxanı bildirib ki, bu sahədə uğur qazanmaq üçün təkcə istək deyil, həm də fitri istedad lazımdır:

"15 yaşımdan peşəkar meyxana ilə məşğulam. Bu illər ərzində anladım ki, sənətdə irəli getmək üçün insanın daxilində bir özək olmalıdır. Sadəcə, məşhurlaşmaq və alqışlanmaq üçün bu sahəyə gələnlər çox keçmədən unudulub gedirlər. Çünki gec-tez məlum olur ki, bu işdə tanınmaq yox, istedad vacibdir".

Meyxana ustası, həmçinin cəmiyyətdəki bəzi mental yanaşmalardan bəhs edib:

"Bəzən meyxana məclislərində ananın və ya bacının adının çəkilməsi qınaq obyekti olur. Lakin mən bir atanın hörmət əlaməti olaraq öz qızının adını məclisdə çəkdirdiyinin şahidi olmuşam. Bu, insanın düşüncəsindən asılıdır. Əgər "bütün müsəlmanlar qardaşdır" deyiriksə, onda doğmalarımızın adının çəkilməsində bir problem yoxdur".

Seçilən
10
far.az

1Mənbələr