AZ

“İmişli” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib. 

Msport.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

“Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Gəncə klubunun  2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Kəpəz”  24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədədir.

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç nominal qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

2 may (şənbə)

18:30. “Araz-Naxçıvan” – “İmişli” – 0:1

Qol: Dioqo Kardozu, 18
“SOCAR Polymer Arena”

16:00. “Kəpəz” – “Sumqayıt” – 2:1

Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1)
Yevlax şəhər stadionu

3 may (bazar)

16:00. “Şamaxı” – “Sabah”

18:30. “Zirə” – “Qəbələ”

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi”

Seçilən
16
21
msport.az

10Mənbələr