AZ

Mayın 10-na qədər həyatınız tamamilə dəyişəcək - ŞOK XƏBƏRDARLIQ

Mayın 1-də Əqrəb bürcünün 11-ci dərəcəsində baş verən dolunayın təsiri ayın 10-na qədər davam edəcək.

Musavat.com xəbər verir ki, bu barədə məşhur astroloq Dinçer Güner bildirib.

Astroloq qeyd edib ki, dolunay enerjisi özünü təxminən bir həftə əvvəl hiss etdirməyə başlayır və təsir gücü tədricən artaraq emosional və psixoloji gərginliyi yüksəldir.

DİNCER.jpg

Əqrəb bürcü astrologiyada böhranlar, gizli qalan məqamlar və dərin transformasiya ilə əlaqələndirildiyi üçün bu dolunay xüsusilə gizlində qalan həqiqətlərin üzə çıxması ilə seçiləcək. Bu dövrdə insanların intuisiya qabiliyyəti güclənəcək, daxili hisslər daha kəskin hiss olunacaq. Eyni zamanda emosional dalğalanmalar arta bilər və bu da münasibətlərdə gərginlik yarada bilər.

Güner xəbərdarlıq edir ki, bu dövrdə qısqanclıq, mübarizə və emosional manipulyasiya riski də yüksəlir. Vaxtını tamamlamış münasibətlər sona çata, ani və kəskin qərarlar qəbul oluna bilər.

Maliyyə məsələləri isə bu dolunayın ən həssas mövzularından biri olacaq. Kredit, borc, vergi, aliment, miras və ortaq maliyyə resursları ilə bağlı məsələlər ön plana çıxacaq. Astroloqun sözlərinə görə, düzgün strategiya sayəsində çətinlikləri fürsətə çevirmək mümkündür.

Bu dövr zərərli vərdişlərdən imtina etmək, həyat tərzini nizamlamaq və daha sağlam seçimlər etmək üçün əlverişli zaman kimi qiymətləndirilir.

Ümumilikdə, Əqrəb dolunayı hər kəs üçün dərin daxili dəyişikliklər və yenilənmə imkanı yaradır. Bu enerjidən düzgün istifadə edənlər həyatlarında yeni və daha güclü mərhələyə keçid edə bilərlər.

Musavat.com

Seçilən
31
3
musavat.com

4Mənbələr