Türkiyəli məşhur müğənni Bülənt Ərsoy nəhəng bir onlayn alış-veriş platforması ilə etdiyi əməkdaşlıqla diqqət çəkib.
Azreform.info Publika.az-a istinadən xəbər verir ki, onun bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilib.
Bu ödəniş sosial mediada geniş müzakirə yaradıb və Türkiyənin reklam tarixində nadir hallarda rast gəlinən bir rekord kimi qiymətləndirilir.
Sözügedən müqavilə B.Ərsoyu tək bir reklam üçün ən yüksək qonorar alan müğənni edib.