AZ

Mali Silahlı Qüvvələri 200-dən çox terrorçunu zərərsizləşdirib

Bakı, 3 may, AZƏRTAC

Mali Silahlı Qüvvələri ölkə ərazisində aparılan döyüş kəşfiyyatı əməliyyatları zamanı 200-dən çox terrorçunu zərərsizləşdirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Mali Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, düşmənə zərbələr havadan endirilib. Silahlı qruplaşmaların iri kolonları vurulub. Bir neçə ədəd ağır texnika və onlarla yüngül texnika sıradan çıxarılıb.

Aprelin 25-də radikal qruplaşmalar Malinin müxtəlif bölgələrində ordu mövqelərinə hücum ediblər. Qüvvə və vasitələrin yenidən qruplaşdırılması zamanı hökumət qüvvələri Kidal şəhərini müvəqqəti tərk edib. Hazırda şəhər “Azavadın azadlığı cəbhəsi” dəstələrinin nəzarətindədir.

Seçilən
21
azertag.az

1Mənbələr