Leninqrad vilayətində qırx üç PUA vurulub.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko özünün Telegram kanalında məlumat verib .
"Hazırda Leninqrad vilayəti üzərində 43 PUA vurulub. Döyüş əməliyyatları davam edir. Hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin kütləvi hücumunu dəf edir", - deyə o yazıb.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.