Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb.
Azreform.info xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanı €1,35 milyardlıq modernizasiyadan keçiriləcək.
Layihə çərçivəsində yükləmə platformaları gücləndirilərək “Leopard” tankları kimi ağır hərbi texnikanın daşınmasına uyğunlaşdırılacaq.
Bu təşəbbüs 2026-cı il büdcəsinə daxil edilib və Almaniyanın mümkün müharibəyə hazırlıq strategiyasının tərkib hissəsi sayılır.