AZ

Hakim küçənin ortasında öldürüldü

Boliviyada Kənd Təsərrüfatı və Ətraf Mühit Məhkəməsinin hakimi Viktor Uqo Klaure Santa Kruz şəhərinin şimal-qərb hissəsində avtomobili ilə hərəkətdə olarkən silahlı hücuma məruz qalıb.

Sosial mediada yayılan təhlükəsizlik kamerası görüntülərinə görə, motosikletli şəxslər avtomobilin qarşısını kəsib və onlardan biri avtomatdan atəş açaraq hakimi qətlə yetirib.

Dövlət Baş Prokurorluğu hadisəni təsdiqləyərək, bunun “zorakı insident nəticəsində baş verən faciəli ölüm” olduğunu bildirib və dərhal genişmiqyaslı istintaqa başlanıldığını açıqlayıb.

Rəsmi qurumlar hadisəni sərt şəkildə pisləyərək, Klaurenin ailəsinə başsağlığı verib. Bildirilib ki, bu hadisə təkcə bir ailə üçün deyil, bütün ölkənin ədliyyə sistemi üçün ağır zərbədir.

Ali Ədliyyə Məhkəməsinin sədri Romer Sosedo isə təhlükəsizlik orqanlarını tənqid edərək bildirib ki, ölkədə vəziyyət ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, muzdlu qatilliyin geniş yayılması dövlətin təhlükəsizlik imkanlarını sual altına qoyur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövsüm,

AzNews.az

DİGƏR XƏBƏRLƏR


Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95
Seçilən
54
aznews.az

1Mənbələr