AZ

Almaniya müharibəyə hazırlaşır? -"Bloomberg"-dən İDDİA

Almaniya mülki infrastrukturu hərbi məqsədlər üçün yenidən qurur. "Bloomberg" agentliyinin məlumatında deyilir ki, Baltik dənizi sahilindəki Bremerhavendə Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro məbləğində modernləşdirmədən keçəcək. Bu layihənin məqsədi yükləmə platformalarını gücləndirməkdir ki, "Leopard" tankları kimi hərbi texnikanı gələcək cəbhə xəttlərinə daşımaq mümkün olsun.

2026-cı ildə həyata keçirilməsi planlaşdırılan bu layihə Almaniyanın potensial müharibəyə hazırlığı üzrə daha genişmiqyaslı təşəbbüsün bir hissəsidir. Hərbi münaqişə baş verəcəyi halda, ölkənin coğrafi mövqeyi və resursları qoşunların ləvazimatla təchiz edilməsi üçün ona strateji cəhətdən mühüm mövqe təmin edəcək.

Mətləb

Seçilən
66
11
sia.az

10Mənbələr