AZ

Alman kanslerini təhqirlərə görə rekord sayda cinayət işi açıldı - məlumatlar gizli saxlanılır

Almaniyada kansler Fridrix Merz ünvanına yönəlmiş təhqirlərlə bağlı genişmiqyaslı hüquqi proseslər aparılır.

Musavat.com xəbər verir ki, bu barədə Der Spiegel nəşri məlumat yayıb.

Məlumata görə, ölkə üzrə təxminən 300-ə yaxın cinayət işi açılıb. Hökumət isə prosesin detalları ilə bağlı məlumatları gizli saxlamağa çalışır.

Bildirilir ki, rəsmi qurumlar neçə işin hansı prokurorluqlar tərəfindən araşdırıldığını açıqlamaqdan imtina edib. Bu səbəbdən araşdırmaların coğrafiyası və miqyası barədə tam məlumat təqdim olunmur.

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr