Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib. İlk yarış günündə bir cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 50 kiloqram çəki dərəcəsində çıxış edən Fərid Rzazadə bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. İdmançımız finalda ermənistanlı Armen Matevosyanı məğlub edib. Qeyd edək ki, sabah başa çatacaq beynəlxalq yarışa 17 ölkədən 362 cüdoçu qatılıb.
Qabil YUSİFOĞLUXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.