AZ

Türkiyə Superliqası: “Fənərbağça” və “Trabzonspor” liderlə aralarındakı fərqi azaldıblar

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Superliqasında 32-ci turun üç oyunu keçirilib.

İdman.Biz bildirir ki, liderlər növbəti görüşlərini keçiriblər.

Lider “Qalatasaray” səfərdə “Samsunspor” ilə rastlaşıb.

Oyun 4:1 hesabı ilə Samsun klubunun xeyrinə qurtarıb.

Qolları meydan sahiblərindən Marius Muandilmanci (22, 71), Şerif Ndiaye (57, 82), qonaqlardan isə Yunus Akgün (9) vurublar.

İkinci yerdəki “Fənərbağça” “İstanbul Başakşehir”i qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Anderson Talişkanın het-trikinə (28, 57, 72), qonaqlar Amin Aritin (36) qolu ilə cavab veriblər.

Nəhayət üçüncü yerdəki “Trabzonspor” “Göztəpə” ilə heç-heçə edib – 1:1.

“Göztəpə”li Juan 32-ci dəqiqədə hesabı açıb, Umut Nayir 90+3-də “Trabzonspor”un cavab qolunu vurub.

Hazırda “Qalatasaray” 74 xalla birinci yerdədir. “Fənərbağça” 70 xalla kinci yerdə qərarlaşıb. Üçüncü yerdəki “Trabzonspor”un 66 xalı var. “Göztəpə” 52 xalla 5-ci pillədədir. “Başakşehir” 51 xalla 6-cı yerdədir. “Samsunspor” 48 xal toplayıb və 7-ci pillədədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr