Yaponiyanın Osaka şəhərində baş verən zəlzələdən sonra metro xidməti dayandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Osaka Metro operatoru bildirib.
"Zəlzələ səbəbindən Midosuji Xəttində qatarların hərəkət cədvəli pozulub", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Mayın 2-də Yaponiyanın Nara prefekturasında 5,7 bal gücündə zəlzələ baş verib və qonşu Osaka metropolunda da hiss edilib.