Yazını böyüt
Yazını kiçilt
Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.
Hafta.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovina seçməsi ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.