AZ

İranın “ağcaqanad donanması” ABŞ armadası üçün kabusa çevrildi

İranın “ağcaqanad donanması” adlandırılan sürətli hücum katerlərinin ABŞ hərbi dəniz qüvvələri üçün ciddi təhlükə yaratdığı bildirilir.

Musavat.com xəbər verir ki, Əl Cəzirə-nin məlumatına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu yüzlərlə, hətta minlərlə sürətli döyüş katerinə malikdir.

Bu kiçik ölçülü gəmilər pulemyotlar, raketlər, reaktiv mərmilər və pilotsuz uçuş aparatları ilə təchiz olunub.

Bildirilir ki, həmin katerlər saatda 200 kilometrdən artıq sürətlə hərəkət edə bilir və bu, onlara sürətli hücum edib dərhal geri çəkilmək imkanı yaradır.

Mənbə qeyd edir ki, İran xüsusilə Hörmüz boğazı ətrafında geniş yeraltı tunel və mağara şəbəkəsi yaradıb. Bu obyektlərdə sürətli katerlər gizlədilir və zərbə üçün istifadə olunur.

Bildirilir ki, “ağcaqanad donanması” həm hərbi, həm də kommersiya gəmilərinə qarşı istifadə edilə bilər. Onlarla katerin eyni vaxtda müxtəlif istiqamətlərdən hücumu hədəfin müdafiə sistemlərini yükləyərək zəiflədə bilir.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr