Braziliyalı hücumçu Rafinya La Liqanın 34-cü turunda “Barselona”nın “Osasuna” ilə keçirəcəyi oyunun heyətinə daxil edilib.
Görüş Pamplona şəhərindəki “El Sadar Stadium” stadionunda baş tutacaq. Oyunun baş hakimi İsidro Diaz de Mera Eskuderos olacaq.
Qeyd edək ki, Rafinya mart ayında milli komandaların oyunları üçün verilən fasilə zamanı Brazilya ilə Fransa arasında keçirilən oyunda zədələnib. Həmin vaxtdan etibarən futbolçu “Barselona”nın heyətinə daxil edilməyib.
“Barselona” hazırda La Liqanın turnir cədvəlində birinci yerdədir. Kataloniya klubu 33 turdan sonra aktivində 85 xal toplayıb.
İkinci pillədə qərarlaşan “Real Madrid” ilə xal fərqi isə 11-dir.//Lent.az
