AZ

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turniri keçirilir. Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada idmançılar iki kateqoriyada  - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar. 

Qeyd edək ki, yelkən idmanı üzrə "Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında yarışacaqlar. Qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşəcək.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
25
17
xalqqazeti.az

10Mənbələr