AZ

Bakıda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.


Seçilən
36
20
manset.az

10Mənbələr