AZ

ABŞ İranla danışıqlar qrupuna yeni üzv əlavə etdi

ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İranla danışıqlar aparan komandaya keçmiş lobbiçi Nik Stüartı daxil edib.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Stüart Trampın prezidentliyinin birinci müddəti ərzində Dövlət Departamentində çalışıb.

Qeyd olunub ki, Stüart komandaya aprel ayında Pakistanın paytaxtı İslamabadda keçirilən və uğursuzluqla nəticələnən danışıqlar mərhələsindən əvvəl cəlb edilib.

Seçilən
47
publika.az

1Mənbələr