AZ

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam 19 radələrində Şəki şəhəri ərazisində “Daewo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Daewo”nun sürücüsü, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova xəsarət alıb.

Hər iki yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda müayinə və müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Seçilən
18
2
bizim.media

3Mənbələr