AZ

"CBS News": ABŞ İranla danışıqlar qrupuna yeni üzv əlavə edib

BAKI, 2 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İranla danışıqlar qrupuna keçmiş lobbiçi Nik Stüartı da daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News"ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, Stüart Trampın prezident kimi ilk müddətində Dövlət Departamentində çalışıb.

Qeyd olunub ki, Stüart aprel ayında Pakistanın paytaxtı İslamabadda keçirilən uğursuz danışıqlar raundundan əvvəl komandaya daxil edilib.

Stüart əvvəllər İrana qarşı hərbi əməliyyatları dəstəkləyən Demokratiyaların Müdafiəsi Fondunda lobbiçilik fəaliyyəti ilə məşğul olub.

Seçilən
43
teleqraf.com

1Mənbələr