AZ

Xamenei son təklifini etdi, Tramp ya razılaşacaq, ya da… – Qəribabadi

“Müharibənin başa çatdırılması planı Pakistana təqdim edilib, indi söz Vaşinqtondadır”.

Turkustan.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaəribabadi deyib.

“İran İslam Respublikası müharibənin dayandırılması ilə bağlı planını vasitəçi olan Pakistana təqdim edib. İndi top Amerikanın meydançasındadır. Vaşinqton ya diplomatiya yolunu seçəcək, ya da müharibəni davam etdirəcək”, — deyə Qəribabadi bildirib.

Onun sözlərinə görə, Tehran hər iki ssenariyə hazırdır. Həmçinin mümkün hücumların qarşısını almağa qadirdir. Lakin milli maraqlardan çıxış edərək danışıqlara sadiqliyini qoruyur. Eyni zamanda, İranda Vaşinqtonun niyyətlərinə etimadsızlıq var./Globalinfo.az/

Seçilən
22
2
turkustan.az

3Mənbələr